Ermənistanda bir gündə 351 nəfər koronavirusa yoluxdu

Ermənistanda bir gündə 351 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 4 823 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 351 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, son 2 gün ərzində 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 61 nəfər koronavirusdan ölüb, 2 718 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə