“Minsk ABŞ-la tərəfdaşlığı gücləndirməyə davam edəcək” Vladimir Makey
Minsk, ABŞ ilə tərəfdaşlığı gücləndirməyə davam edəcək, bu Avro-Atlantik və Avrasiyadakı ziddiyyətlərin aradan qaldırılması üçün ümumi səylərə töhfə olacaqdır. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü Belarusun xarici işlər naziri Vladimir Makey deyib.
"Belarusiya tərəfi ABŞ ilə tərəfdaşlığın gücləndirilməsi maraqlarına uyğun fəaliyyət göstərməyə davam edəcək. Bu, əminik ki, Avro-Atlantik və Avrasiyadakı ziddiyyətlərin aradan qaldırılması üçün ümumi səylərə töhfədir", deyə Makey bildirib və nazirliyin mətbuat xidməti bunu yayımlayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB