ABŞ-da 83 mindən çox insan dünyasını dəyişdi

ABŞ-da 83 mindən çox insan dünyasını dəyişdi

ABŞ-da son sutka ərzində koronavirusdan dünyasını dəyişənlərin sayı 1 481 nəfər olub. SİA xəbər verir ki, bununla da ölkə miqyasında koronavirus qurbanlarının sayı 83 491-ə çatıb.

Statistikaya əsasən, Birləşmiş Ştatlarda 24 saat ərzində 22 031 nəfərə koronavirus diaqnozu qoyulub. Bununla da xəstələrin ümumi sayı 1 410 168-ə çatıb.

Bu günə qədər 298 593 nəfər xəstəlikdən sağalıb.

ABŞ-da pandemiyanın mərkəzi Nyu-York hesab olunur. Meqapolisdə 348 655 nəfər koronavirusa yoluxub, 27 175 nəfər ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə