Səudiyyə Ərəbistanı Krallığında Orucluq bayramı günlərində 24 saatlıq komendant saatı rejimi tətbiq ediləcək. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, komendant saatı mayın 23-dən 24-dək sürəcək.
Bildirilib ki, bu məhdudiyyət koronavirusla əlaqədar tətbiq edilir və tədricən ləğv ediləcək. Bundan başqa, sakinlərə səhər saat 9-dan axşam saat 17-dək küçəyə çıxmağa icazə verilir. Orucluğun sonunadək yaşayış məntəqəsinin tərk edilməsi ilə bağlı qadağa qüvvədə qalacaq.
Məkkədə də komendant saatı gecə-gündüz olacaq.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB