“Fukusima 1” ətrafında evakuasiya işləri sürətlənib

“Fukusima 1” ətrafında evakuasiya işləri sürətlənib

Yaponiya "Fukusima 1" AES ətrafında evakuasiya işlərinin 20 km-dən 30 km məsafəyə gədər əhatə edəcəyini bildirib. SİA-nın xəbərinə görə, radiasiya aşkar olunmuş şəhər və kəndlərin sakinlərinə köçmək üçün 1 ay vaxt verilib. Bir gün əvvəl isə stansiyanın 20 km yaxınlığına giriş qadağan olunub.

Rusiyanın Dalniy Vostok vilayətində isə vəziyyət normaldır. Bu gün elmi-araşdırma aparmaq məqsədilə "Pavel Qordiyenko" adlı gəmi bölgəyə gedib. Gəminin ekipajı Moskvadan və Peterburqdan olan radiasiya müdafiəsi üzrə mütəxəssislərdən ibarətdir. 25 gün ərzində onlar bu bölgədə olan bütün dənizlərdə araşdırma aparacaq, Yaponiyanın radiasiya təhlükəsinin Rusiya ekologiyasına nə dərəcədə ziyan vurmasını müəyyənləşdirəcəklər.
Mütəxəssislər araşdırmalarını fasilələrlə, eyni zamanda uzun müddət davam etdirəcək. Onlar sulardan və havadan analiz götürəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə