Çexiyada partlayıcı qurğular istehsal edən zavodda partlayış baş verib

Çexiyada partlayıcı qurğular istehsal edən zavodda partlayış baş verib

Çexiyanın mərkəzi hissəsində partlayıcı qurğular istehsal edən zavodda partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ölkənin paytaxtı Praqa şəhərindən təxminən 100 km şərqdə yerləşən Pardubise şəhərində, "Explosia a.s." şirkətinə məxsus zavodda qeydə alınıb. Bildirilir ki, zavod ərazisində nitroqliserinin (CHONO2(CH2ONO2)2) partlaması ümumi sahəsi 100 kv.m olan tikilinin tamamilə dağılmasına səbəb olub.

 

İlkin məlumata görə, 4 nəfər xəsarət alıb. 4 nəfər itkin düşmüş hesab olunur. Partlayışın zavoddan təxminən 4 km aralıda yerləşən bəzi yaşayış məntəqələrində də hiss olunduğu qeyd olunur. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə