19 hərbçi ölüb, 15 nəfər yaralanıb İran hərbi gəmisində

19 hərbçi ölüb, 15 nəfər yaralanıb  İran hərbi gəmisində

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin cənubunda keçirilən hərbi dəniz təlimlərində yüngül hərbi gəmilərdən olan Konarək gəmisində 19 hərbçi ölüb, 15 nəfər yaralanıb. SİA-nın verdiyi məlmata görə, bu İran ordusu Hərbi Dəniz Qoşunlarının ictimai əlaqələr şöbəsinin verdiyi məlumatda öz əksini tapıb.

Məlumata görə, ötən gün günortadan sonra keçirilən hərbi təlimdə Konarək gəmisində hadisə baş verib. Hadisədən dərhal sonra xilasetmə qüvvələri hadisə yerinə gəliblər.

Məlumatda qeyd olunur ki, Konarək gəmisi texniki araşdırmalar üçün limana nəql olunub. Hadisənin dəqiq səbəbləri araşdırılmaqdadır.

Qeyd edək ki, gəminin hərbi təlim zamanı səhvən vurulduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə