Koronavirusa yoluxma sayı 2453-ə çatdı Özbəkistanda

Koronavirusa yoluxma sayı 2453-ə çatdı Özbəkistanda

Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 35 nəfər artaraq 2453-ə çatıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. İndiyə qədər 1856 nəfər virusdan sağalıb, 10 xəstə ölüb. Aprelin 1-dən etibarən paytaxt Daşkənddə və bölgələrdə özünü təcridetmə rejimi tətbiq edilib, yaşı 65-dən yuxarı olan vətəndaşlara evlərini tərk etmək qadağan olunub. Aprelin 30-dan isə karantin şərtləri nisbətən yumşaldılıb.

Qeyd edək ki, Özbəkistanda ilk yoluxma martın 15-də Fransadan qayıdan qadında aşkar edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə