ABŞ-lı ermənilər Barak Obamaya qarşı etiraz nümayişi təşkil edib

ABŞ-lı ermənilər Barak Obamaya qarşı etiraz nümayişi təşkil edib

ABŞ-ın Los Anceles şəhərində ermənilər prezident Barak Obamaya qarşı etiraz aksiyası keçirib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, aksiyada 1500-dən çox insan iştirak edib.

 

Obamadan qondarma "erməni soyqırımı"nın tanınmasını tələb edən etirazçılar "Obama sözünə əməl et" şüarı səsləndiriblər. Aksiyaya "System of A Down" rok qrupunun solisti Serj Tankyan, Erməni İnqilabçı Federasiyasının təmsilçiləri qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə