COVID-19-a yoluxanların sayı 170 minə çatır Almaniyada

COVID-19-a yoluxanların sayı 170 minə çatır Almaniyada

Almaniyada koronavirusа yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son bir gün ərzində 667 artıb, 26 nəfər ölüb. SİA-nın verdiyi məlumata görə, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib. Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə COVID-19-a 169 218 yoluxma halı aşkar edilib, 7 395 ölüm qeydə alınıb. Bununla yanaşı, koronavirusa yoluxmuş 144 mindən çox pasiyent sağalıb. Yoluxma hallarının ən böyük miqdarı Bavariyada aşkarlanıb. Burada 44 265 COVID-19 xəstəsi var. Eyni zamanda Şimali Reyn-Vestfaliyada 34 964 nəfər virusa yoluxub. Pandemiyanın geniş yayıldığı ərazilər siyahısında Baden-Vürtemberqin (33 287 yoluxma) də adı var. Berlində 6 261 yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə