Almaniya yerli hakimiyyət orqanları sakinləri yenidən öz mənzillərinə qaytarırlar
Almaniyanın bir neçə federal əyalətində tədricən adi həyata qayıtmaq elan ediləndən sonra heç iki gün keçməmiş yerli hakimiyyət orqanları sakinləri yenidən öz mənzillərinə qaytarmağa məcbur olublar.
SİA xəbər verir ki, bu yeni qərar epidemiyanın yeni ocaqlarının meydana çıxması ilə bağlıdır. Şimali Reyn-Vestfaliya əyalətində yerli ət emalı zavodunun yüzlərlə işçisində koronavirus infeksiyası aşkar edilib. Əyalətin Səhiyyə nazirinin əmri ilə mayın 8-də bu müəssisə bağlanıb.
Danimarka ilə həmsərhəd Şlezviq-Qolşteyndəki kiçik şəhərcikdə də infeksiya qeyd edilib. Burada sallaqxananın 109 işçisi koronavirusa yoluxub. Ölkənin şərqində yerləşən Türingiyada isə bir neçə qocalar evinin sakinləri koronavirusa tutulub.
Landstaqlarla federal hökumət arasında razılaşmalara əsasən, epidemiyanın təkrar dalğası yaranacağı təqdirdə hər rayon, şəhər, hətta ayrıca müəssisə üçün lokdaun qüvvədə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB