Baş nazirin müşaviri ölüb Yaponiyada

Baş nazirin müşaviri ölüb Yaponiyada

Yaponiyanın bir neçə baş nazirinin xarici məsləhətçisi Yukio Okamoto, koronavirus infeksiyası səbəbiylə sətəlcəm xəstəliyindən ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Esihide Suqa məlumat verib.

"Bu gözlənilməz faciəli xəbərdən şoka düşdük. Yaponiya hökuməti bu insanın xüsusiyyətlərinə dərin hörmətini bildirir", deyə məlumatda bildirilir.

Qeyd edək ki, Okamoto 75 yaşında həyatını itirib. 90-cı illərin sonlarında Yukio Okamoto Baş nazir Ryutaro Hasimotonun Xarici Siyasət Müşaviri olub, 2003-2004-cü illərdə Cunitiro Koidzuminin dövründə də eyni vəzifələri icra edib, hazırkı Baş Nazir Şinzo Abenin isə şəxsi məsləhətçiləri qrupunun üzvü olub.
Okamoto beynəlxalq mövzularda bir çox əsər yazmışdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə