Yaponiyanın Baş naziri və ABŞ prezidenti arasında telefon danışığı olub

Yaponiyanın Baş naziri və ABŞ prezidenti arasında telefon danışığı olub

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yapon ictimai televiziyası xəbər yayıb.

Məlumata əsasən, 40 dəqiqəlik telefon danışığı zamanı tərəflər pandemiyanın dünya iqtisadiyyatına təsirini və koronavirusa qarşı peyvəndin tədqiqini müzakirə ediblər.

Bildirilir ki, son dəfə Yaponiyanın Baş naziri və ABŞ prezidenti arasında telefon danışığı mart ayında pandemiya səbəbiylə Tokio Olimpiadasının gələn il təxirə salınması məsələsini müzakirə edərkən baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə