"Qələbə günü bəşər tarixinin ən parlaq tarixlərindəndir” Aleksandr Vuçiç

"Qələbə günü bəşər tarixinin ən parlaq tarixlərindəndir” Aleksandr Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç qələbənin 75-ci ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunu Rusiya səfiri Aleksandr Botsan-Harçenkoya təqdim edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Serbiya liderinin administrasiyasından məlumat verilib. Qeyd olunur ki, Vuçiç cümə axşamı Belqradda Botan-Harçenkonu qəbul edib.

"Qələbə günü bəşər tarixinin ən parlaq tarixlərindən biridir və şanlı əcdadlarımızın üsyankarlığının və azadlıq sevən ruhunun rəmzidir. Xalqlarımızın dünyanı XX əsrin ən böyük pisliklərindən azad etmək nəcib missiyasında birlikdə çətin sınaqlardan keçməsi, mənim üçün şərəfdir", deyə Serbiya liderinin administrasiyası
Vuçiçin təbrik məktubundan sitat gətirir.

Vuçiç hazırda Rusiya ilə Serbiya arasında birlikdə koronavirusla mübarizə apardığını qeyd edib, Rusiyadakı COVIDnlarına başsağlığı verib və xəstələrin tez sağalacağına ümid etdiyini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə