“Heç bir şərait əməkdaşlığının mütərəqqi inkişafına mane ola bilməz” Andrey Denisov
Heç bir vəziyyət, o cümlədən COVID-19, Moskva ilə Pekin arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin mütərəqqi inkişafına mane ola bilməz. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Çin Xalq Respublikasındakı səfiri Andrey Denisov bəyan edib.
Səfir Rus Tarix Cəmiyyəti və Çin Sosial Elmlər Akademiyasının təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya-Çin videokonfransında iştirak edib.
"Bugünkü videokonfransın bütün təşkilatçılarını, iştirakçılarını salamlamaq istəyirəm. Bunu təşkil etdiyinizə görə təşəkkür edirəm. İnanıram ki, videokonferans faktının özü göstərdi ki, yeni koronavirus infeksiyasının pandemiyası da daxil olmaqla heç bir şərait Rusiya-Çin əməkdaşlığının müxtəlif sahələrdə mütərəqqi inkişafına mane ola bilməz. Hər hansı bir bədbəxtliyi aradan qaldırmaq üçün birlikdə bacarıqlıyıq", deyə Andrey Denisov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB