“Qorxulu hekayələr həyatda olan problemlərdən yayınmağa kömək edir" Stiven King

Amerikalı yazıçı və "dəhşətlər kralı" olan Stiven Kinq insanların özünü təcrid etdiyi dövrdə niyə qorxunc hekayələri oxumağa getdikcə daha çox üstünlük verdiklərini izah edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə o, "Stefan Kolbert ilə gec şou" adlı onlayn efirdə deyib.

""Əgər qan tökülürsə", "Ceraldın oyunu" və ya digər qorxulu hekayələrə qərq olsanız, real həyatda ətrafınızda gördüyünüzdən daha pis vəziyyətin olduğunu bilərsiniz", deyə Amerikalı yazıçı bildirib.
Yazıçının sözlərinə görə, dəhşətli hekayələr həyatda olan problemlərdən yayınmağa kömək edir və gecə uşaq kimi yatmağa imkan verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə