Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tədbirləri öz nəticəsini verməkdədir. Mayın 5-də ölkə üzrə 30 min 303 bir nəfər üzərində test aparılıb. Onlardan 2253 nəfər xəstə çıxıb.
SİA xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 917 nəfər sağalıb, 64 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə sağalanların sayı 78 min 202 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 234 min 724 nəfər test edilib.
Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. İlkin mərhələyə mayın 11-dən başlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB