“Fövqəladə vəziyyətin tətbiqindən sonra infeksiyaya yoluxma sayı azalıb” Sindzo Abe
Cərimələrə əl atmadan, Yaponiya da Qərb ölkələrində olduğu kimi koronavirusun "partlayışla" yayılmasının qarşısını ala bildi. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe internetdə telemüraciəti zamanı deyib.
“Fövqəladə vəziyyət rejiminin tətbiqindən bir ay sonra, gün ərzində infeksiyaya yoluxanların sayı 700-dən 200-ə qədər azalıb və bir yoluxmuş insanın neçə nəfərə yoluxdurduğunu göstərən əmsal bir nəfərdən az səviyyəyə düşüb”, deyə Sindzo Abe söyləyib.
"Aprel ayının əvvəlində, fövqəladə vəziyyət rejiminin tətbiq edilməsindən əvvəl, bir ay ərzində Yaponiyada Qərb ölkələrində olduğu kimi, partlayıcı bir infeksiya olacağına dair bir çox proqnozlar var idi. Ancaq indi biz epidemiyanın tamamlanma yolundadıq. Ölkədə, fövqəladə vəziyyət elan edildikdən sonra özünü təcrid etmək üçün insanlar könüllü olaraq səy göstərməyə razı oldular. Nəticədə infeksiyanın yayılmasının qarşısını aldıq", deyə baş nazir bildirib.
Bununla yanaşı, o, infeksiyaların sayının azalma səviyyəsinin hələ də yetərli olmadığını, 10 min insanın xəstəxanalara düşdüyünü, səhiyyə müəssisələrində çətin vəziyyətin olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB