Məktəblər açıldı, həyat normala dönür ÇİNDƏ

Məktəblər açıldı, həyat normala dönür ÇİNDƏ

Koronavirusun ilk qeydə alındığı Çinin Wuhan şəhərində həyat mərhələli şəkildə normala dönməyə başlayıb. SİA-nın xəbərinə görə, artıq Çində təhsil müəssisələrinin fəaliyyəti bərpa edilir.

Belə ki, bu il vacib imtahan verəcək 9 və 12-ci sinif şagirdləri yenidən məktəbə qayıdırlar. Məktəbə qayıdan şagirdlərin koronavirus testindən keçməsi mütləqdir. Universitet tələbələrinin və yuxarı sinif şagirdlərinin daxil olduğu məktəbə qayıtmaq qərarına kiçik siniflər daxil edilməyib.

Məktəblər dezinfeksiya edilib

Wuhan səlahiyyətliləri şagirdlərə və müəllimlərə koronavirus testinin məktəbə qayıtmazdan əvvəl məcburi olduğunu açıqlayıblar. Universitet şəhərcikləri və siniflər dezinfeksiya ediliib. Dərslər sosial məsafəyə əsasən təşkil olunur.

Pekində məktəblər ötən həftədən açılıb.

Məktəblərin girişində şagird və müəllimlərin temapraturu ölçən xüsusi cihaz quraşdırılıb. Temparturu olan şəxslər evlərinə geri qaytarılır. Yanvar ayından Çinin digər şəhərlərində xüsusilə də Pekin və Şanxayda fəaliyyəti dayandırılan məktəblər ötən həfdədən başlayaraq tədricən açılılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə