“Bu modellər ilk gündən bu vaxta qədər səhv olub” Donald Tramp

“Bu modellər ilk gündən bu vaxta qədər səhv olub” Donald Tramp

ABŞ prezidenti Donald Tramp, koronavirusun yayılması nəticəsində ölkədə ölümlərin proqnozlaşdırılmasının səhv olduğunu söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl Vaşinqton Universiteti Sağlamlıq Göstəricilərinin Qiymətləndirilməsi və Ölçülməsi İnstitutu ABŞ-da avqustun 4-də koronavirusdan ölənlərin sayının 134 475-ə çata biləcəyi bir model təqdim etmişdi.

"Bu modellər ilk gündən bu vaxta qədər səhv olub. Yeni modellər qurmağa davam edirlər və onlar da səhv edirlər", deyə Tramp bildirib.

Onun sözlərinə görə, bu modellər mənfi nəticələrin azaldılmasını nəzərə almır.

Xatırladaq ki, ABŞ-da 1,2 milyondan çox insan bu xəstəliyə yoluxub, 70 mindən çox insan ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə