Airbnb-nin ağır Covid-19 balans hesabatı: - İşçilərin dörddə biri işdən azad olunur

Airbnb-nin ağır Covid-19 balans hesabatı: - İşçilərin dörddə biri işdən azad olunur

Həyatını iflic edən Covid-19 böhranı, dünyanın nəhəng yaşayış yeri paylaşma tətbiqi Airbnb-ni də vurub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Qonaqlama şirkəti, səyahətin dayandırılması ilə qarşılaşdıqları pul böhranını aradan qaldırmaq üçün şirkət işçilərinin 25 faizini işdən azad edəcəklərini açıqlayıb.

Bu vəziyyət təxminən 1 min 900 nəfərin işsiz qalması deməkdir. Hal hazırda şirkətin təxminən 7 min 500 işçisi var.

Qısamüddətli mənzil axtaranları və ev kirayələmək istəyənləri bir araya gətirən, dünyanın ən böyük alternativ yaşayış platformalarından biri olan şirkətin rəhbəri Brian Çeski verdiyi açıqlamada "Birlikdə həyatımızın ən ağır böhranını yaşayırıq. Covid-19 böhranı səyahətin bütün dünyadakı dayanmasına səbəb oldu və Airbnb'yə ağır zərbə vurub.

Şirkətin 2020-ci ildə əldə etdiyi gəlir 2019-cu ilin gəlirlərinin yarısından az olacaq" deyib.

Çeski "Səyahətlərin nə vaxt normala dönəcəyini bilmirik. Normala qayıdanda hər şey çox fərqli olacaq" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə