BiofTech və Pfizer Covid-19 peyvəndinin sınaqlarına başlayıb

BiofTech və Pfizer Covid-19 peyvəndinin sınaqlarına başlayıb

Almaniyada Türk alimi Prof. Dr. Uğur Şahinin qurucu ortağı olduğu biotexnologiya firması BioNTech Amerikanın Pfizer dərman şirkəti ilə birgə hazırladığı koronavirus (Covid-19) peyvəndi namizədinin ABŞ-da insanlar üzərində sınaqlarına başlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Pfizer-dən verilən açıqlamada, Almaniyadan sonra ABŞ-da potensial peyvənd "BNT162" adlı klinik sınaqlarının insanlar üzərində sınaqdan keçirilməyə başlandığı açıqlanıb.

Sınaqlarda peyvənd namizədinin immuniteti, davam edən araşdırmalarda istifadə edilən 4 “mesajçı RNA” üçün uyğun dozanın təyin ediləcəyi bildirilən açıqlamada, vaksinlərin Merilend və Nyu York Unuversitetlərinin tibb fakültələrindəki subeyktlərə tətbiq edildiyi bildirilib.

Peyvənd ABŞ-da 18-55 yaş və 65-85 yaşlarında olan iki kateqoriyada 360 nəfər sağlam insanlarda aparılacaq. 18-55 yaş arası şəxslərdə testlərin təsirli və təhlükəsiz olduğu aşkar edilərsə, 65-85 yaş arası şəxslərə də tətbiq ediləcək.

Şirkətin açıqlamasında, vaksinin sınaqlarda etibarlı və təsirli olduğu aşkar edilərsə, ABŞ-da ilin sonuna qədər geniş miqyaslı paylanmaya başlanacağı vurğulanıb.

Peyvənd və dərman vasitələrinin təsdiqlənməsi üçün səlahiyyətli Almaniyanın Paul-Ehrlich İnstitutu, potensial peyvəndi sınaqdan keçirmək üçün BionTech-ə 22 apreldə icazə verib.

Amerikalı dərman nəhəngi Pfizer, keçən ay BioNTech-in Covid-19-a qarşı peyvəndi inkişaf etdirmək üçün potensial tərəfdaş kimi gördüyünü açıqlayıb.

BioNTech, Covid-19 peyvəndi üçün Çinə məxsus Şanxay Fosun Pharmaceutical (Fosun Pharma) ilə də əməkdaşlıq müqaviləsi imzalayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə