"Keçmiş İttifaqın rəhbərlərini Minskə gəlməyə dəvət edirəm" Aleksandr Lukashenko
Belarusiya Prezidenti Aleksandr Lukashenko, digər dövlətlərin başçılarını Qələbə Paradını qeyd etmək üçün Minskə gəlməyə dəvət edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə o çərşənbə axşamı jurnalistlərə açıqlayıb.
"Mən dövlət başçılarını, hətta keçmiş İttifaqı Minskə gəlməyə açıq şəkildə dəvət edirəm. Minskdə toplaşmaq düzgün olardı. Bu, ilk dəfə zərbə alan yer üzündən silinmiş bir respublikadır. Bu, ən çox zərərçəkən respublikadır və müharibənin canlı abidəsidir", deyə Lukashenko bildirib.
Bununla yanaşı, ÜST Lukaşenkonun koronavirus ilə əlaqədar belə bir vəziyyətdə kütləvi tədbir keçirmək qərarından narahatlığını ifadə edib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının Belarusiyadakı nümayəndəsi Batır Berdıklıçevin qeyd etdiyi kimi, yaşlı insanların iştirakı ehtimalı xüsusi narahatlıq doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB