Ermənistanda koronavirusdan ölənlərin sayı 40 nəfərə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 40 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 2 619 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 112 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Həmçinin, son sutkada 1 nəfərin koronavirusdan ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 40 nəfər koronavirusun qurbanı olub, 1 462 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə