Vyana beynəlxalq hava limanında sərnişinlər üçün sürətli COVİD-19 testi imkanı yaradılıb

Vyana beynəlxalq hava limanında sərnişinlər üçün sürətli COVİD-19 testi imkanı yaradılıb

Koronavirus pandemiyası ilə əlaqədar Vyana beynəlxalq hava limanına gələn sərnişinlər üçün sürətli test (PCR üsulu) imkanı yaradılıb.

SİA xəbər verir ki, ev şəraitində 14 günlük karantin rejimində qalmaq istəməyənlər mayın 4-dən etibarən bu testlə yoxlana bilərlər. 2-3 saat ərzində yoluxma barədə səhih məlumatı əldə etmək istəyənlər isə bu test üçün 190 avro ödəməlidirlər.

Qeyd edilməlidir ki, hazırki qaydalara görə, ölkəyə daxil olan hər bir şəxs ya müddəti dörd gündən artıq olmayan və mənfi test nəticələrinin əks olunduğu arayış təqdim etməli, ya da ev şəraitində 14 gün karantində yaşamalıdır. Belə bir arayışı olmayan və müxtəlif səbəblərdən evdə karantin rejimində qalmaq istəməyənlər isə sürətli test imkanından yararlana bilər.

Vyana beynəlxalq hava limanından verilən açıqlamada bu testin təkcə sərnişinlər üçün deyil, eyni zamanda virusa yoluxub-yoluxmadığını yəqinləşdirmək istəyən hər kəs üçün açıq olduğu elan edilib. Həmçinin bildirilib ki, bu xidmət özəl olduğuna görə tibbi sığorta şirkətləri tərəfindən xərclər qarşılanmayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə