Bolsonaroya Braziliyalı fotojurnalistdən açıq məktub: - yerli xalqları xilas edin
Braziliyalı dünya şöhrətli fotojurnalist Sebastiao Salgado, Braziliya prezidenti Jair Bolsonaro'ya, Brad Pitt və Madonna kimi məşhurların da imzası olduğu açıq məktub göndərərək hindliləri koronavirusun yayılmasından xilas etmək üçün təcili tədbirləri görməyə çağırıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
İndiyə qədər ən azı 50 min imzanın olduğu onlayn imza kampaniyasının dəstəklədiyi məktubda "Braziliyanın yerli xalqları Covid-19 epidemiyasının ortaya çıxması ilə ciddi bir təhlükə ilə üzləşib" ifadələri yer alıb.
Meryl Streep, Richard Gere və Paul McCartney'in imzaları ilə dəstəklənən məktubda, "500 il əvvəl bu etnik qrupların Avropa kolonistləri tərəfindən gətirilən xəstəliklər nəticəsində məhv edilməsinə çalışılıb. Covid-19 ilə mübarizə aparmaq imkanı olmayan Amazonların yerli xalqları bu gün Braziliyaya yayılan yeni bəlaya görə tamamilə yox ola bilər".
Braziliyalı rejissor Fernando Meireles tərəfindən çəkilən videoda Salgado Bolsonaro-ya Amazon xalqının həyatına məhəl qoymadan atılan iqtisadi addımlara son qoymağa və onları qorumağa çağırıb.
Videoda çağırışa dəstək verən məşhurlar da yer alıb.
Salgado videoda "Braziliya ilk sakinlərinə borcludur. İndi uzun zaman əvvəl edilməli olan şeylərin vaxtı gəlib" deyə bildirib. Dünyadakı çəkdiyi yoxsulluq mənzərələrinə görə bir çox beynəlxalq mükafatlar qazanan 76 yaşlı fotojurnalist Salgado bu yaxınlarda işində Amazon tropik hövzəsindəki insanlara diqqət ayırıb. Braziliyanın yerli xalqlarının əksəriyyətinin yaşadığı Amazonas əyaləti Covid-19-dan ən çox təsirlənən bölgələrdən biridir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bölgədə Covid-19 nəticəsində ölənlərin sayı 500-ü keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB