Dünyada COVİD-19-a yoluxanların sayı 3.5 milyonu ötüb

Dünyada COVİD-19-a yoluxanların sayı 3.5 milyonu ötüb

İlk dəfə Çinin Wuhan şəhərində qeydə alının yeni növ koronavirus (COVİD-19) infeksiyasından dünyada ölənlərin sayı 274 min 491 nəfərə çatıb. Ümümilikdə yoluxanların sayı isə 3 milyon 507 min, 265 nəfərə yüksəlib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Braziliyanın Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, ölkədə COVİD-19 infeksiyasından ölənlərin sayı 275 nəfər artaraq 7 min 25 nəfərə, yoluxanların sayı isə 4 min 588 nəfər artaraq 101 min 147 nəfərə çatıb.

Kanadının Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərdə isə bildirilir ki, ölkə üzrə virusdan ölənlərin sayı 312 nəfər artaraq ümumilikdə 3 min 774 nəfərə. Yoluxanların sayı isə 4 min 664 nəfər artaraq 59 min 474 nəfərə yüksəlib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə