Fransada ölənlərin sayı son 6 həftədə ən aşağı səviyyəyə enib - AKTUAL

Fransada ölənlərin sayı son 6 həftədə ən aşağı səviyyəyə enib - AKTUAL

Fransada son 24 saat ərzində yeni koronavirus (Covid-19) epidemiyası səbəbiylə xəstəxanalar və qocalar evlərində 135 nəfər ölüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Beləliklə, Covid-19-dan gündəlik ölənlərin sayı son 6 həftədəki ən aşağı səviyyəyə enib. Bununla birlikdə, mütəxəssislər xəbərdarlıq edirlər ki, həftə sonları qocalar evlərindən Səhiyyə Nazirliyinə ölüm sayının gec çatdırılması səbəbindən ölənlərin sayı daha çox ola bilər.

Səhiyyə Nazirliyinin son açıqlamasına görə, bazar günü axşam saatlarında həyatını itirənlərin sayı 24 min 895 nəfərə çatıb.

Açıqlamaya görə, virusla aşkarlananların sayı son 24 saatda 387 nəfər artaraq 202 min 54-ə çatıb.

Covid-19 səbəbiylə xəstəxanalarda reanimasiya müalicəsində 3 min 819 nəfər olmaqla 25 min 815 nəfər müalicə olunur. Reanimasiyada olanların sayı 25 gündür azalmağa davam edir. Sağalmış insanların sayı 245 nəfər artaraq 50 min 784-ə çatıb.

Epidemiya səbəbiylə xəstəxanalar və qocalar evlərində 135 nəfər ölüb, xəstəxanalardakı ölənlərin sayı 15 min 583, qocalar evlərində 9 min 312-ə yüksəlib. Beləliklə, ümumi itki sayı 24 min 895 nəfər olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə