Ötən sutkada 428 nəfər pandemiyanın qurbanı olub - Braziliyada

Ötən sutkada 428 nəfər pandemiyanın qurbanı olub - Braziliyada

Braziliyada koronavirusdan ölənlərin sayı 6 329-a yüksəlib. SİA-nın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, ötən sutkada 428 nəfər pandemiyanın qurbanı olub. Bundan başqa, Cənubi Amerika ölkəsində yoluxanların sayı daha 6 min 209 nəfər artaraq 91 min 589-a çatıb.

Hazırda 38 039 nəfərin sağaldığı ölkədə 1 min 642 nəfərin ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyon 402 mini ötüb. Bunların 1 milyon 083 min 943 nəfəri sağalıb, 239 min 623 nəfəri isə ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə