Sinqapurdan olan alimlər Rusiya Federasiyasında pandemiyanın sona çatması üçün proqnozlaşdırılan vaxtı dəyişdirib və Rusiyada koronavirusun yayılmasının sona çatması ilə bağlı proqnozda Sinqapurun alimləri tərəfindən bir daha düzəliş olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sinqapur Texnologiya və Dizayn universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, bu dəfə artım istiqamətində dəyişikliklər baş verib və ölkədə epidemiyanın avqustun 8-də başa çatacağı gözlənilir.
Xatırladaq ki, tədqiqatçılar əvvəllər Rusiyada koronavirus epidemiyasının avqustun 7-də başa çatacağını, daha sonra isə 4 avqustda daha da optimist bir rəqəmlə qarşılaşdıqlarını bildirıblər. Proqnostik modelin müəlliflərinin izah etdiyi kimi, vəziyyət və görülən tədbirlərdən asılı olaraq tarixlər dəyişə bilər. Bundan əlavə, alimlər xəbərdarlıq edir ki, məhdudiyyətlərin vaxtından əvvəl çıxarılması ilə ölkələr yeni infeksiya dalğası ilə üzləşə bilər.
Mütəxəssislər 131 ölkədə koronavirus infeksiyasının dinamikasını öyrənirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB