COVID-19 xəstələrinə istifadə oluna biləcək anti-Ebola

COVID-19 xəstələrinə istifadə oluna biləcək  anti-Ebola

Yaponiya hakimiyyəti Ebola əleyhinə hazırlanmış Remdesivir preparatını koronavirus diaqnozu qoyulmuş xəstələrin müalicəsi üçün icazə vermək niyyətindədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Jurnalistlərin fikrincə, lazımi prosedurların uğurla başa çatacağı halda, Remdesivir, COVID-19 xəstələrinə ölkə üçün təsdiqlənmiş ilk dərman olacaqdır.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp da bəyan edib ki, ABŞ Səhiyyə və Sosial Xidmətləri Nazirliyi yanında Qida və Dərman İdarəsi, koronavirusa yoluxmuş insanların müalicəsi üçün Remdesiviri təsdiqlədiyini söyləyib. Dərman ABŞ-da bioloji dərman şirkəti “Gilead Sciences” şirkəti tərəfindən hazırlanıb. May ayında bir qrup beynəlxalq mütəxəssis, COVID-19 olan xəstələrdə dərmanın klinik sınaqlarını başa çatdırmaq niyyətindədir.

Qeyd edək ki, dünyada 3 milyondan çox koronavirus infeksiyası aşkarlanıb, təqribən 217 min nəfər ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə