Rusiyanın İnşaat naziri və onun müavini koronavirusa yoluxub

Rusiyanın İnşaat naziri və onun müavini koronavirusa yoluxub

Rusiyanın İnşaat naziri Vladimir Yakuşev və onun müavini Dmitri Volkov koronavirusa yoluxub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, hər iki vəzifəli şəxs xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustində də yeni növ koronavirus infeksiyası aşkarlanıb. Baş nazir bu barədə prezident Vladimir Putinlə videobağlantı zamanı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə