Təmiz Hava və Enerji Tədqiqatları Mərkəzinin (CREA) yayımladığı son hesabatda, koronavirus tədbirləri ilə komendant saatı məhdudlaşdırmalarının tətbiq olunduğu Avropada havanın təmizlənməsi səbəbiylə 11 min az ölümün görüləcəyi qeyd edilib. SİA bunu xarici mətbuata istinadən xəbər verir.
Covid-19-un yayılmasının qarşısını almaq üçün Avropada görülən tədbirlər iqtisadiyyatların üfüqi istiqamətdə işləməsinə səbəb olub, kömür əsaslı enerji istifadəsi isə 40 faiz azalıb. Neft əsaslı enerji istifadəsi üçdə bir azalıb ki, bu da qitədəki hava çirkliliyini əhəmiyyətli dərəcədə azaldıb.
CREA hesabatının həmmüəllifi Lauri Millivirta "Bu vəziyyət havanın çirklənməsi səbəbindən 11 min ölümün qarşısını almaq deməkdir" deyib.
Tədqiqata görə, havadakı azot dioksidi (NO2) kömür və yağ istifadəsinin azalması səbəbindən 37 faiz azalıb. PM2.5 kimi tanınan kiçik hava çirkləndiricilərinin nisbəti də 10 faiz azalıb.
Millivirta kömür, neft və qazın yanması nəticəsində yaranan bu toksikliklərin nisbətinin dünyanın müxtəlif yerlərində eyni səviyyədə azaldığını söyləyib. Bu səbəblə tədqiqatçı Millivirta, havanın çirklənməsindən ölənlərinin azalmasının daha da çox ola biləcəyini söyləyib.
Ötən ay yayımlanan bir araşdırmaya görə, havanın çirklənməsi dünyada insan ömrünü orta hesabla 3 il qısaldır. Hər il hava çirkliliyindən 8,8 milyon erkən ölüm baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB