Türkiyədə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə və yoluxanların müalicəsi davam edir. Aprelin 30-da ölkə üzrə 42 min 4 nəfər üzərində test aparılıb. Onlardan 2 min 615 nəfər xəstə çıxıb.
SİA xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 846 nəfər sağalıb, 93 nəfər dünyasını dəyişib. Beləliklə, ölkə üzrə sağalanların sayı 48 min 886 nəfərə çatıb. Bu göstərici xəstəliyə yoluxanların təxminən 40 faizini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB