Koronavirus Tacikistanda da aşkarlandı 15 yoluxma faktı

Koronavirus Tacikistanda da aşkarlandı 15 yoluxma faktı

Dünyada yeni növ koronavirusun yayıldığı ölkələr sırasına Tacikistan da daxil olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tacikistanın Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirusa yoluxma faktını təsdiq edib. Hazırda ölkədə 15 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb

“Hazırda Tacikistanda 15 nəfərin koronavirusa yoluxması aşkar edilib. Bu, aparılan testlərlə təsdiqini tapıb”,- deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, 10 yoluxma halı Düşənbədə, 5 isə ölkənin şimalında qeydə alınıb.

Xatıladaq ki, Ümümdünya Səhiyyə Təşkilatı yeni hnöv koronavirusu ölkədə pandemiya elan edib. Son rəqəmlərə görə, dünyada 3 milyondan artıq virusa yoluxub, 208 min insan isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə