Son 24 saat ərzində dünyada 66 min yeni yoluxma halı qeydə alınıb

Son 24 saat ərzində dünyada 66 min yeni yoluxma halı qeydə alınıb

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyona çatıb. SİA-nın Ümümdünya Səhiyyə Təşkilatına istinadən verdiyi xəbərə görə, hazırda COVİD-19 xəstələrinin dünya üzrə sayı 3 milyon 018 nəfər, ölənlərin sayı isə 208 min nəfərdir.

ÜST-ün açıqladığı son rəqəmlərə görə, son 24 saat ərzində dünyada 66 min yeni yoluxma halı qeydə alınıb, 5376 nəfər dünyasını dəyişib.

Ən çox yoluxma halı Avropada qeydə alınıb. Belə ki, regionda virusa yoluxanların sayı 1 milyonn 406 min 899 nəfər, ölənlərin sayı isə 129 mini ötüb.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu martın 11-də pandemiya elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə