"MDB liderlərinin qeyri-rəsmi görüş planları yoxdur" Dmitri Peskov

"MDB liderlərinin qeyri-rəsmi görüş planları yoxdur" Dmitri Peskov

MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinin keçirilməsi planları yoxdur. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu fikirlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun RİA Novosti-yə verdiyi məlumatda öz əksini tapır.

"Hələ belə planlar yoxdur", deyə Peskov bildirib.

Xatırladaq ki, bundan əvvəl MDB liderləri mütəmadi olaraq 9 may ərəfəsində qeyri-rəsmi sammit üçün toplaşırdılar. Hal-hazırda, koronavirus ilə əlaqədar olaraq, Qələbə Gününün qeyd edilməsi təxirə salınıb. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar planlaşdırılan bütün bayram tədbirləri, o cümlədən Qırmızı Meydandakı parad və "Ölümsüz Alay" -ın yürüşü baş tutacaq, ancaq vəziyyət təhlükəsizlik həddinə çatdıqda bu olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə