Lavrov koronavirusa qarşı mübarizəni müzakirə edib

Lavrov koronavirusa qarşı mübarizəni müzakirə edib

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Malayziya xarici işlər naziri Hişammuddin Hüseyni ilə telefon danışığında koronavirus pandemiyası ilə iki ölkənin birgə mübarizəsini müzakirə edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri məlumat yayıb.

"Bir sıra aktual ikitərəfli və beynəlxalq mövzular, o cümlədən COVID-19 koronavirus infeksiyasının yayılması ilə əlaqədar Rusiya-Malayziya əməkdaşlığı, Şərqi Asiya zirvə görüşləri çərçivəsində əməkdaşlıq müzakirə olunub. Bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı münasibət ifadə edilib", deyə məlumatda bildirilir.
Lavrov, Malayziyadakı həmkarını da əlverişli vaxtda Rusiyaya ziyarətə dəvət edib və onun dəvəti qəbul edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə