"Hökümətin mövqeyi dəyişməzdir, keçid dövrü dekabr ayında sona çatacaq" Dominic Raab
Britaniya hökuməti koronavirus pandemiyasına baxmayaraq Avropa Birliyi ilə ticarət razılaşması ilə bağlı danışıqları ilin sonuna qədər başa çatdıracağına ümid edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Dominic Raab deyib.
"Hökümətin mövqeyi dəyişməz olaraq qalır: Keçid dövrü (Brexitdən sonra) dekabr ayında sona çatacaq. İngiltərə ticarət müqaviləsi bağlamaq niyyətindədir. Danışıqlar müddətinin uzadılması qeyri-müəyyənliyin artmasına və biznesə zərbə vurulmasına gətirib çıxarar", deyə Raab parlamentdəki açıqlamasında bildirib.
Qeyd edək ki, Şotland millətçi fraksiyasının lideri, nazirə müraciət edərək, hökuməti Brexitdən sonra keçid dövrünü uzatmağa çağırıb. Çünki koronavirus pandemiyası və karantin tərəflərin London və Brüssel arasındakı gələcək tərəfdaşlıq formatına dair razılaşmanı ətraflı müzakirə etməyə imkan vermir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB