“Türkiyə etibarlı tərəfdaş kimi ABŞ-a həmrəylik nümayiş etdirəcək" Rəcəb Tayyib Ərdoğan

“Türkiyə etibarlı tərəfdaş kimi ABŞ-a həmrəylik nümayiş etdirəcək"  Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa koronavirus pandemiyası fonunda həmrəyliyini ifadə edən məktub göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın Trampa göndərdiyi mesaj, Ankaranın Vaşinqtona göndərdiyi tibbi yüklərlə birlikdə Türkiyənin hərbi nəqliyyat təyyarəsilə çatdırılıb.

"Ümid edirəm ki, Türkiyənin ABŞ-a göndərdiyi təvazökar yardım, pandemiya ilə mübarizəyə öz töhfəsini verəcək və Amerika vətəndaşlarına müalicəyə kömək edəcək. İnanıram ki, birlikdə pandemiyanı məğlub edəcəyik. Əmin ola bilərsiniz ki, Türkiyə etibarlı və güclü tərəfdaş kimi ABŞ-a dərin həmrəylik nümayiş etdirməyə davam edəcək", deyə məktubda bildirilir.
Ərdoğan, pandemiyadan sonra ABŞ Konqresinin Türkiyənin həmrəyliyini nəzərə alacağına ümid etdiyini ifadə edərək, Vaşinqtonun Ankara ilə strateji əlaqələrinin əhəmiyyətini daha yaxşı anlamağa və birgə problemlərlə mübarizədə daha yaxından qarşılanmağa imkan verəcəyini öz mesajında ifadə edib.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni bir koronavirus infeksiyası ilə bağlı vəziyyəti pandemiya kimi tanıyıb. ÜST-nin son məlumatına görə, dünyada 2.9 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 202 mindən çox insan həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə