“Məhdudiyyətlərin tamamilə ləğvi tarixini demək hələ tezdir” Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin, koronavirus infeksiyasının yayılması ilə əlaqədar məhdudiyyətlərin tamamilə qaldırılmasının dəqiq tarixinin söylənilməsinin hələ tez olduğunu deyib. SİA RenTv-yə istinadən xəbər verir ki, baş nazir bu fikirləri COVID ilə Mübarizə üzrə Koordinasiya Şurasının Rəyasət Heyətinin iclasında səsləndirib.
"Koronavirus səbəbiylə qoyulan məhdudiyyətlərin tamamilə ləğv ediləcəyi dəqiq bir tarix barədə demək hələ mümkün deyil", deyə Mixail Mişustin bildirib.
Federal əməliyyat qərargahından alınan məlumata görə, 29 aprel tarixinə bütün dövr ərzində ölkədə 99 399 COVID-19 infeksiyası aşkar edilib. Xəstəlik Rusiyanın bütün bölgələrində qeydə alınıb. Son bir gündə yoluxanların sayı 5841 nəfər artıb.
Xatırladaq ki, yoluxmaların sayına görə Moskva anti-rekord lideri olaraq qalır və Rusiyada koronavirus qurbanlarının sayı 972-yə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB