İranın Mazandaran əyalətində, Covid-19 səbəbiylə ölən bir adamın dəfni əsnasında Parfiya İmperiyasından bir məzar tapılıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan tarixçi Əli Ramazani Paçi Sari mahalındakı bir kənddə Covid-19'dan ölən bir adamın dəfn edilməsi üçün açılan məzarda Parfiya İmperatorluğu dövründə (e.ə. 247 - 224) yaşayan bir əsgərə aid sümükləri ilə birgə müxtəlif hərbi ləvazimatların tapıldığını söyləyib.
Ramazani Paçi "Səhiyyə Nazirliyinin Covid-19-a yoluxaraq ölənlər üçün təyin etdiyi qaydalara əsasən yüksək dərinlikdə bir məzar qazarkən qədim zamanlara aid bir məzar tapdıq. Təəssüf ki, iş maşınlarının yeri dərin qazması səbəbindən məzar biraz zərər gördü.
İnsan skeletinin, qırılmış gil qabın, dəmir qılıncın, ox qabığının və dəmirdən hazırlanmış bir sıra döyüş alətlərinin olduğunu qeyd edən Ramazan Paçi, məzarın bu materiallar və tikinti üsullarına əsaslanaraq Parfiya İmperiyasına aid olduğunu başa düşdüyünü bildirib.
2300 il əvvəl dişlər implantasiya edilib
Əsgər dişlərinin şəkilləri bölgədəki bir diş həkiminə göstərdiklərini deyən Ramazan Paçi, həkimin səliqəli olduğuna təəccüblənərək "2300 yaşlı bu əsgərin dişlərinin implantasiya edildiyi aydın oldu" deyib.
Ramazan Paçi, aşkar edilmiş tarixi əsərlərin araşdırılmaq üçün səlahiyyətlilərə təhvil verildiyini bildirib.
İran tarixçisi eyni qəbiristanlıqda 2 il əvvəl 3 min 500 il əvvələ aid qədim əsərlərin olduğunu da xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB