İngiltərənin Baş naziri Boris Conson və nişanlısı Carrie Simondsun övladı dünyaya gəlib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Baş nazirlikdən verilən açıqlamada Simonds ana və körpənin sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. 32 yaşlı Simonds körpəsini paytaxt Londonda bir xəstəxanada dünyaya gətirib. Cütlük fevral ayında körpə gözlədiklərini açıqlayıb.
55 yaşlı İngiltərə Baş naziri, həftənin əvvəlində Covid-19 müalicəsini tamamlayıb və işinə geri qayıdıb. Conson paytaxtdakı bir xəstəxanada 3 günü reanimasiya şöbəsində olmaqla bir həftə Covid-19 müalicəsi alıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB