Türkiyə koronavirus səbəbindən 272 vətəndaşını Keniya və Tanzaniyadan təxliyə edib

Türkiyə koronavirus səbəbindən 272 vətəndaşını Keniya və Tanzaniyadan təxliyə edib

Türkiyə 272 vətəndaşını Keniya və Tanzaniyadan yeni koronavirusun yayılması səbəbilə təxliyə edib.

SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 119 nəfər Keniyadan 153 nəfər isə Tanzaniyadan "Turkish Airlines" aviaşirkətinin təyyarələri ilə təxliyə edilib.

Qeyd edilir ki, təyyarələr Samsun şəhərinin hava limanında eniş edib. Vətəndaşların yükləri dezinfeksiya edildikdən sonra onlar karantin müddətini keçirəcəkləri İmdan Nazirliyinin yataqxanasına aparılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə