Rusiya Xarici İşlər naziri Sergey Lavrov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer ilə koronavirusla bağlı vəziyyəti müzakirə edib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Tərəflər koronavirus infeksiyası COVID-19-nın yayılmasına qarşı mübarizədə və pandemiyanın humanitar nəticələrini aradan qaldırmaq üçün əməli tədbirləri müzakirə ediblər", deyə agentliyin saytında məlumat verilir.
Bundan əlavə, Ukraynanın və Suriyanın cənub-şərqindəki mülki əhaliyə yardım da daxil olmaqla dünyanın müxtəlif bölgələrindəki böhranlı vəziyyətlərə cavab vermək mövzusunda ənənəvi fikir mübadiləsi aparılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB