Liviya böhranını yalnız siyasi və diplomatik yolla həll etmək mümkündür Dmitri Peskov

Liviya böhranını yalnız siyasi və diplomatik yolla həll etmək mümkündür Dmitri Peskov

Kreml bəyan edib ki, Liviyada vəziyyətin siyasi-diplomatik tənzimlənməsini yeganə yol hesab edir. SİA RenTv-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Liviya Milli Ordusunun komandiri Haftarın siyasi razılaşmadan çəkilmək barədə açıqlamasını şərh edərkən söyləyib.

O, Moskvanın Liviya prosesinin bütün iştirakçıları ilə ünsiyyətini davam etdirdiyini söyləyib.
"İnanırıq ki, Liviya problemini həll etmək üçün başqa bir seçim yoxdur", deyə Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, Haftar əvvəllər Liviyanın idarəetməsinin orduya veriləcəyini söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə