İranda virusdan ölənlərin sayı 6 minə yaxınlaşır

İranda virusdan ölənlərin sayı 6 minə yaxınlaşır

İranda koronavirusa yoluxanların sayı 92,6 min nəfərə çatıb, onlardan 5,9 min nəfəri isə dünyasını dəyişib. SİA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlayıb.

“Ötən 24 saat ərzində İranda 1112 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə ölkə üzrə yoluxanların sayı 92 min 584 nəfərə çatıb. Sağalanların sayı isə 72 min 439 nəfərdir”, - deyə qurum sözçüsü qeyd edib.

Onun sözlərinə görə, son 24 saat ərzində İranda 71 nəfər COVİD-19 qurbanı olub. İranda yeni növ koronavirusun qeydə alındığı ilk gündən (fevralın 19) indiyədək 5 min 877 nəfər dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə