Kim Çen Inın dəfn mərasimi keçiriləcək - İngiltərə mediası

Kim Çen Inın dəfn mərasimi keçiriləcək - İngiltərə mediası

Dünyanı daimi raket sınaqları ilə qorxudan, koronavirus epidemiyasının yayıldığı dövrdə belə yeni sınaqlar həyata keçirən Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ölümü ilə bağlı iddialar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İngiltərə mediası peykdən çəkilmiş şəkillərə əsaslanaraq Kim Çen Inın öldüyünü bildirib.

Belə ki, paytaxt şəhər Pxenyanın “Kim İl-sung” adlı əsas meydanında Şimali Koreya liderinin dəfn mərasimi üçün müvəqqəti tikililərin qurulduğu iddia edilib. Peyk fotoşəkillərinin 18 apreldən sonra çəkildiyi qeyd edilib.

Qeyd edək ki, Kim Çen Inın 11 apreldən bəri ictimaiyyətə görünməməsi, keçirdiyi ürək əməliyyatı nəticəsində həyatını itirməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə