İspaniyada daha 301 nəfər koronavirusun qurbanı olub. SİA-nın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, ölkədə virusa yoluxma hallarının sayı 210 773-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 075 000-i ötüb. Bunların 924 987 nəfəri sağalıb, 211 776 nəfəri isə ölüb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB