Moskvada COVID-19-dan ölənlərin ümumi sayı 479 nəfərə çatıb

Moskvada COVID-19-dan ölənlərin ümumi sayı 479 nəfərə çatıb

Moskvada son 24 saat ərzində koronavirusdan 44 nəfər ölüb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada COVID-19-dan ölənlərin ümumi sayı 479 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada ümumilkdə 87 minə yaxın yeni virusa yoluxma halı qeydə alınıb. Onlardan 7 mini sağalıb, 800-ə yaxın xəstə isə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə